AZ

Türkiyə Vatikan münasibətləri

Əslində bu yazını daha öncələri yazmaq istəyirdim, lakin nədənsə qismət olmamışdı. Hazırda Vatikanda olduğumdan tarixin tozlu səyfələrindən bir parçanı yazmaq istədim. Yaxın oturun sizə kimdən danışım tarixin türk dostu adlandırılan Papası 23-cü İohan-dan

Papalarla gizli xristian təriqətləri və təşkilatları arasındakı əlaqələr “Rəsmi” tarixdən kənar alternativ tarixin əsas mövzusudur. Tarixin müxtəlif dövrlərində Papalar bu gizli təriqətlərlə əlaqə yaratsalar da, onların çox az hissəsi rəsmiləşdirilərək kilsə sənədlərinə daxil edilmişdir. Bununla belə, çox zəngin sənədlər var. Papaların sənədləşdirilmiş əlaqələri arasında bu gün çox nüfuzlu olan və İsanın ölmədiyini, evləndiyini və uşaq sahibi olduğını və bu sülalədən olan Kralların Fransada hökm sürdüyünü iddia edən Tampliyer, Gül və Xaç və Sion Prioratı təşkilatları var. Bu təşkilatın idarəçiləri arasında tarixdə bir çox məşhur insanlar bu təşkilata cəlb olunub və ya şəxsən onlar tərəfindən dəstəklənib və ya təlim keçiblər. İsak Nyuton və Hüqo buna misaldir. 20-ci əsrdə general De Qoll və Andre Gide bu təşkilatın üzvlərindən sayılırdılar. İstər Gül və Xaç, istərsə də Tampliyerlər olsun, bu cür təşkilatlar Vatikan tərəfindən “Kilsə daxilində kilsə” olmaqda ittiham olunur. Buna görə də bu və digər mason lojaları ilə əlaqə qurmaq Vatikan tərəfindən ciddi şəkildə cəzalandırıldı. Lakin bu gün də Vatikanda belə təşkilatların üzvləri var.

Yepiskop Angelo Roncalli/Ronkalli belə bir keşiş idi. Roncalli 1935-ci ilə qədər Sofiyada Vatikanın Diplomatik Xidmətində (Vatikanın Gizli Kəşfiyyat Təşkilatı) çalışmış, daha sonra Apostol Nümayəndəsi olaraq Türkiyəyə göndərilmişdir. O illərdə Türkiyədə Vatikanın səfirliyi yox idi. Roncalli ilk dəfə İstanbulda gizli Gül və Xaç Təşkilatının yüksək səviyyəli rəhbərləri tərəfindən cəlb edilib. Maraqlısı o idi ki, Ronkalliyə bu təşkilata daxil olandan sonra gələcəkdə Papa olacağı deyilirdi. Türkiyədə işlədiyi illərdə (1935-45) Roncalli türk dilini çox yaxşı öyrənmiş və bəzi görkəmli insanlarla çox yaxın əlaqələr qurmuşdu. Onlardan biri 1930-cu illərdə tanış olduğu gənc və cəsarətli siyasətçi idi. Bu gənc siyasətçi daha sonra İsmət İnönüylə mübarizəyə girərək Demokrat Partiyasını quran 3 nəfərdən biri oldu. Cəlal Bayar adlı bu siyasətçi Demokrat Partiyasının 1950-ci ildəki seçkiləri qazanmasından sonra Türkiyə Cümhuriyyətinin 3-cü prezidenti seçildi. O, Kardinal Ronkallinin Türkiyədəki ən yaxın dostlarından biri olub. Cəlal Bayar prezident seçildikdən sonra Gül Xaç üzvü olan dostu Roncallinin xahişini geri çevirmədi və Vatikandan Türkiyədə səfirlik açmaq üçün lazımi tədbirləri aldı. 1958-ci ildə Roncalli gözlənilmədən Papa seçildi və 23-cü İohan adını aldı.

Cəlal Bayar və Roncalli arasındakı dostluq Türkiyə tarixində bir ilk idi. Köhnə dostu Roncalli Papa seçiləndə Cəlal Bayar Vatikana getdi və öz kabinetində onu şəxsən təbrik edən ilk türk və müsəlman dövlət başçısı oldu. Həmin günə qədər heç bir müsəlman dövlət başçısı Roma Papasını ziyarət etməmişdi. Bu gözlənilməz səfər Vatikan və Türkiyə münasibətlərində pravoslav dünyasına qarşı meydan oxuma kimi qiymətləndirilib. Papa bu qeyri-adi jesti cavabsız qoymadı. 1960-cı ildə hərbi çevriliş zamanı Yassıadaya göndərilən və daha sonra ölümə məhkum edilən Cəlal Bayara çox mənalı jest etdi. Türkiyə Silahlı Qüvvələri adından Cəlal Bayarı edam cəzasına məhkum edən Hərbi Məhkəmə edamdan bir neçə saat əvvəl Bayarıın edam edilməsi qərarından imtina etdi. Çünki qərardan 1 gün öncə Ankaraya gələn və Papa 23-cü İohannın mesajını şəxsən çatdıran bir kardinal çevrilişçi zabitlərə Cəlal Bayarın edam ediləcəyi təqdirdə Papanı və bütün Katolik dünyasını qarşılarından görəcəklərini ən sərt ifadələrlə bildirdi. Nəticədə yazıq Adnan Menderes və dostları asıldı, komitə üzvü Cəlal Bayar isə daha uzun illər yaşadı.

İcazə verin, Vatikanın gələcəyi ilə bağlı bəzi fikirlər və qısaca Türkiyənin 21-ci əsrdə qarşılaşacağı dini təşəbbüslərə toxunum. Çox güman ki, yeni Papa artıq Vatikanda deyil, Lateran sarayında yaşayacaq. Bu, katolikliyin çökməsi kimi şərh edilməməlidir. Əksinə, bu dəyişikliyin ekumenizmin güclənməsi üçün lazımdır. Çünki Ekumenizmin tarixi qərarları Lateranda alındı. Zatən 1929-ci ildə Mussolini və Adolf sayəsində Lateran müqaviləsi ilə Papa Laterandakı saraydan Vatikana köç etmişdi.

Türkiyəni nə gözləyir...? Almanlar üçün önəmli olan odur ki, tarixdə olduğu kimi Türkiyədə də İslamın türkləşməsini istəyirlər və bu istiqamətdə çalışırlar. Fransa Türkiyədə dünyəviliyin (Laiklik) keşikçisidir. Buna görə də o, nəyin bahasına olursa olsun dünyəviliyinin qorunmasının tərəfdarıdır. İngiltərə bu iki fikrin əleyhinədir və Türkiyənin başçılığı ilə yeni Xilafətin qurulmasının tərəfdarıdır. Amerika isə Türkiyədə Dövləti deyil, Liberallaşdırılmış Konstitusiyanı ən yüksək dəyər olaraq tanımaq, bu konstitusiyanın cızdığı İnsan Haqları çərçivəsində fransız laisizmindən daha azad və daha muxtar bir “Din və Vicdan Azadlığı” qurmaq istəyir. Zənnimcə qarşıdakı illərdə Türkiyə Qərbdən gələcək bu “İslam”la daha yaxından tanış olacaq.

Pərviz Əliyev

visiontv.az



Seçilən
47
visiontv.az

1Mənbələr