Bakı. Trend:
Xəzər və Mərkəzi Asiya regionunun hava yolu ilə aparıcıyükdaşıma şirkəti olan Silk Way West Airlines ölkə iqtisadiyyatınınşaxələndirilməsi və maliyyə sabitliyindəki mühüm roluna görəAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti tərəfindən qeyri-neft sektoru üzrə ölkənin ən böyükvergi ödəyicisi kimi təltif edilib. Silk Way West Airlinesşirkətinin ölkənin iqtisadi artımı, maliyyə şəffaflığı və vergiqanunvericiliyinə uyğun fəaliyyət öhdəliklərinə sadiqliyi yüksəkqiymətləndirilib.
Hava yolu ilə aparıcı beynəlxalq yükdaşıma şirkəti olan Silk WayWest Airlines Azərbaycanda aviasiya sahəsi və logistika sektorununinkişafında əhəmiyyətli rol oynayıb. Vergi öhdəliklərini davamlıolaraq yüksək səviyyədə yerinə yetirən Silk Way West Airlinesdövlət büdcəsinin sabitliyinin gücləndirilməsi və bir sıra milliiqtisadi təşəbbüslərin dəstəklənməsi ilə ölkənin fiskaldayanıqlılığına töhfə verib. Aviaşirkətin beynəlxalq maliyyə vəvergi standartlarını əldə rəhbər tutması onun uzunmüddətli inkişafvə dayanıqlı iqtisadi təsirə olan strateji yanaşmasını əksetdirir.
Silk Way West Airlines şirkətinin töhfələri aviasiya sahəsininhüdudlarını aşaraq bilavasitə Azərbaycanın makroiqtisadigöstəricilərinə təsir göstərir. Şirkətin vergi ödəmələriiqtisadiyyatın şaxələndirilməsi üzrə strateji məqsədlərəuyğunlaşaraq vacib infrastrukturun genişləndirilməsi, məşğulluğunartırılması və qeyri-neft sənayesinin inkişafına dəstək verib.Nəqliyyat və logistika sektorunda xüsusi çəkisi olan Silk Way WestAirlines ticarət həcminin artmasını təmin edib, Azərbaycanın qloballogistika mərkəzi kimi mövqeyini möhkəmləndirib və beynəlxalqiqtisadi tərəfdaşlıqları gücləndirib.
Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer qeydedib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və şəffaflığıntəşviqi naminə həyata keçirilən islahatlar ölkənin iqtisadimühitinə müsbət təsir göstərərək aviasiya və hava yolu iləyükdaşımalar kimi sahələrin inkişaf etməsinə şərait yaradıb: “Bunailiyyət bizim korporativ məsuliyyətə, iqtisadi artıma vədayanıqlı inkişafa sadiqliyimizdən xəbər verir. Ölkənin qeyri-neftsektoru üzrə aparıcı vergi ödəyicisi kimi tanınmaqdan böyük qürurduyuruq. Azərbaycanın inkişaf etməsinə töhfə verməyə davamedəcəyik".
Fəaliyyətini genişləndirməyə davam edən Silk Way West Airlinesən yüksək maliyyə idarəetmə standartlarının dəstəklənməsinə sadiqqalaraq Azərbaycanın iqtisadi tərəqqisini təmin edən aparıcı qüvvəkimi öz mövqeyini gücləndirməyə davam edir. Şirkətin fəaliyyətinəverilən bu qiymət ölkənin maliyyə sabitliyini və sənaye inkişafınıngücləndirilməsində etibarlı tərəfdaş kimi onun mövqeyini daha damöhkəmləndirir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıdaqoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev BeynəlxalqHava Limanı mərkəzli 12 müasir "Boeing 777F", "Boeing 747-8F" və"Boeing 747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanınmüxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir.
Dayanıqlılıq və səmərəlilik öhdəliyinə uyğun olaraq, SilkWay West Airlines qlobal logistika tələblərinə daha yaxşı cavabvermək məqsədilə dörd “Boeing 777F”, iki “Boeing 777-8F” və iki“Airbus A350F” daxil olmaqla öz donanmasını 2030-cu ilədək səkkizyeni ən müasir təyyarə ilə yeniləməyi planlaşdırır.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondanartıqdır, genişlənən marşrut şəbəkəsi isə Avropa, MDB ölkələri,Yaxın Şərq, Asiya və Amerika qitəsi üzrə 40-dan çox istiqamətiəhatə edir.