AZ

“Böyük beşlik”də 3-cü dəfə

“Monako”nun futbolçusu Mika Biret tarixi nəticəyə imza atıb.

İdman.biz xəbər verir ki, 22 yaşlı danimarkalı fevralda 3 het-trik edib.

İFFHS XXI əsrdə bir təqvim ayında üç matçda “3+” qol vuranların siyahısını açıqlayıb. Biret bunu bacaran 12-ci futbolçudur.

O, “Böyük beşlik”də belə məhsuldarlıq göstərən 3-cü oyunçudur. Kriştiano Ronaldo 2015-ci ilin mayında, Kərim Benzema 2023-cü ilin aprelində fərqlənib. Hər iki ulduz buna “Real”ın heyətində nail olub.

Qeyd edək ki, Mika Liqa1-in “Oser” (4:2), “Nant” (7:1) və “Reyms”lə (3:0) qarşılaşmalarının hərəsində 3 qola sevinib.

İdman.biz

Seçilən
34
idman.biz

1Mənbələr