AZ

Respublikaçılar Trampı dollar əskinasına salmaq istəyir

BAKI, TurkicWorld

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki üzvü Benjamin Franklinin 100 dollarlıq əskinasındakı şəklini keçmiş prezident Donald Trampın şəkli ilə əvəz etmək üçün qanun layihəsi təqdim edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Respublikaçı Nümayəndələr Brandon Gill və Troy Nehls sosial media platforması X (keçmiş Twitter) üzərindən paylaşım edərək "Qızıl Dövr 2025 Aktı" adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıblar.

Nehls qanun layihəsini təqdim edərkən Trampın siyasətinə istinad edərək,

"Heç kim Amerikanı prezident Trampdan daha çox qızıl dövrə aparmamışdır. Onu 100 dollarlıq əskinasda əbədiləşdirmək onun nailiyyətlərini şərəfləndirməyin kiçik bir yoludur." - deyə bildirib.

Brandon Gill isə qanun layihəsinə dəstək çağırışı edərək "Gəlin tarix yazaq" ifadəsini işlədib.

Əgər qanun layihəsi təsdiqlənərsə, 2028-ci il dekabrın 31-dən sonra çap edilən bütün 100 dollarlıq əskinaslarda Donald Trampın portreti yer alacaq.

Bu qanun layihəsi ABŞ-da geniş müzakirələrə səbəb olub və müxalif dairələr tərəfindən ciddi tənqid edilib.

Seçilən
29
turkic.world

1Mənbələr