Yazını böyüt
Yazını kiçilt
Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Hafta.az AFFA-nın saytına istinadən xəbər verir ki, A millimiz Haiti yığması ilə qarşılaşacaq.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan millisi isə 117-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə də yoldaşlıq görüşü keçirəcək.