AZ

BANM ilə “Veysəloğlu Şirkətlər Qrupu” arasında anlaşma memorandumu imzalandı

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “Veysəloğlu Şirkətlər Qrupu” arasında anlaşma memorandumu imzalanıb.

 

Memorandumu BANM-ın rektoru Elmar Qasımov və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov imzalayıblar.

 

Məqsəd tələbələrin karyera imkanlarını genişləndirmək və onların praktiki biliklərini artırmaqdır. Tədbirdə 3500 yeni iş yerinin açıldığı və iqtisadi inkişaf naminə əməkdaşlığın inkişafı vurğulanıb.

 

Tədbir çərçivəsində Aydın Talıbov tələbələrlə görüşərək onların suallarını cavablandırıb, şirkətdə mövcud iş imkanları və təcrübə proqramları haqqında ətraflı məlumat verib.

 

Seçilən
38
3
sfera.az

4Mənbələr