Bakı. Trend:
Bu gün “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM)Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçiriləntədbirləri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədriRövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru DavidPeradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarəHeyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüşolub.
Trend xəbərverir ki, görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyneryüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçünkoordinasiyalı fəaliyyətin qurulması üçün zəruri tədbirlər vəbeynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəlifəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan vəGürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” LTDBirgə Müəssisəsinin fəaliyyətinin təşkili barədə müzakirələraparılıb.
Orta Dəhlizin əsas tranzit ölkələrinin dəmir yolu iləyükdaşımalarda əməkdaşlığının regional əhəmiyyəti, illik yük ötürməgücü 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars dəmiryol xəttininŞərq-Qərb istiqamətində yük nəqlinə mühüm töhfəsi vurğulanıb.
Tərəflər ötən ilin mart ayında Çinin Sian şəhərində istifadəyəverilmiş Qazaxıstanın nəqliyyat-logistika mərkəzindən ilk konteynerblok-qatarının göndərilməsini sözügedən əməkdaşlığın uğuru kimiqeyd ediblər.
2024-cü ildə Çindən Azərbaycan və Avropa istiqamətindəgöndərilmiş 287 blok-qatarın qəbul edildiyi, bu il həmin rəqəmin600-ə çatdırılması üçün işlərin görüldüyü bildirilib.
Həmçinin TBNM ilə yüklərin axınının sürətləndirilməsi üçün birgəsəylərin əhəmiyyəti, bu əməkdaşlığın Çin–Mərkəzi Asiya–Azərbaycanmarşrutunu qlobal müstəvidə yeni səviyyəyə qaldıra biləcəyi xüsusivurğulanıb.
Tərəflər Orta Dəhlizin potensialından daha səmərəli istifadəüçün dəmiryol administrasiyaları arasında müştərək fəaliyyətistiqamətlərinin şaxələndirilməsi nəticəsində yükdaşıma həcmininartırıla biləcəyini qeyd ediblər.