“Sabah”ın futbolçusu Ayaz Quliyev Azərbaycan yığmasında oynamaq hüququ əldə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Matç” telekanalı məlumat yayıb.
Ayaz Azərbaycan vətəndaşlığı alıb və dəvət gələcəyi halda, yığmada oynaya bilər.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqustundan “Sabah”da çıxış edir. O, bu mövsüm 5 oyunda meydana çıxıb. Ayaz daha əvvəl Rusiya millisinin aşağı yaş qruplarında çıxış edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta