AZ

Fevral ayında Bakıda temperatur 15 gün normadan aşağı olub

2025-ci ilin fevral ayında Bakı və Abşeronda hava necəolub?

2025-ci ilin fevral ayında ölkə ərazisində soyuq havakütlələrinin təsiri daha çox təkrarlanıb.

Buna uyğun olaraq havanın temperaturu Bakı və Abşeronyarımadasında iqlim norması ilə müqayisədə 15 gün normadan aşağıolub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb.

Trend xəbər verir ki, bunuMilli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovbildirib.

Maksimal temperatur nə vaxt qeydə alınıb?

Onun sözlərinə görə, ötən ay maksimal temperatur fevralın 16-sıqeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrəİmişli rayonunda 18, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcəisti olub. Ay ərzində ən soyuq dövr 24-25 fevral tarixlərində qeydəalınıb. Belə ki, ölkə üzrə Şahdağda 23, Bakıda və Abşeronyarımadasında isə 7 dərəcə şaxta müşahidə olunub.

Ötən ay bölgələrdə hava necə keçib?

“2025-ci ilin fevral ayında bölgələr üzrə 20 gün yağıntılı havaşəraiti müşahidə olunub.

Ən çox yağış düşən ərazilər

Ən çox yağış bölgələr üzrə aylıq normanın 244 faizi olmaqlaLənkəran-Astara zonasına, aylıq normanın 172 faizi olmaqla isə Bakıvə Abşeron yarımadasına düşüb.”

N. Mahmudov qeyd edib ki, 2025-ci ilin fevral ayında Bakıda vəAbşeron yarımadasında 10 gün qarlı hava şəraiti müşahidə olunub.Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 12 smolub.

Ən çox qar hansı əraziyə düşüb?

Bölgələrdə isə ən çox qar Balakən-Şəki zonasında qeydə alınıb,Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) qar örtüyünün maksimalhündürlüyü 82 sm-ə çatıb.

Küləklə bağlı neçə dəfə xəbərdarlıq edilib?

“Qeyri-sabit hava şəraitinin fonunda ay ərzində arabir güclənənşimal-qərb küləkləri üstünlük təşkil edib və ümumilikdə küləklihava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeronyarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava şəraitimüşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeronyarımadasında 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib.

Seçilən
138
31
az.trend.az

10Mənbələr