Bakı. Trend:
Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilməküstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilinibilmək zərurətdir.
Bunu millət vəkili Qaya Məmmədov Milli Məclisdə təmsil etdiyiSuraxanı rayonunun məktəbliləri qarşısında çıxış edərkən deyib.
İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dilidövlət dilidir” mövzusunda müzakirədə Suraxanı rayonunun 279 saylıməktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Millət vəkiligənclərə xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiqsərəncamı ilə ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsasqanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərləyanaşı dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəbolmuşdur. Konstitusiyanın 21-ci maddəsinə əsasən AzərbaycanRespublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşımultikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin dəsərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilikatributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm dəəsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimibütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaztəməlidir.
Məktəblilərlə müzakirəni davam edən “Ədibin Evi”nin icraçıdirektoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, dil və mədəniyyətbir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizimənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda azərbaycançılıqməhfumunu tam anlamaq üçün şərtdir.Hazırda rəqəmsal dünyada böyüyəngənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələrdə, azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşmasıvə inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməlivə dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milliədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunubildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçünAzərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyi ən yaxşıvasitələrədən olduğunu qeyd edib.
Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı,alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin“Xəmsə”sindən azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarətkitablar hədiyyə olunub.
Qeyd edilir ki, Suraxanı məktəbliləri ilə görüş “BalakhaniOperating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən“Məktəblilər Ədibin Evində” layihəsi çərçivəsində baş tutub. Birillik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçuvə Suraxanı rayonu ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə“azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirəedən silsilə görüşlərdə iştirak edəcəklər.