AZ

Ballıcada uzun illərdən sonra Od çərşənbəsi QEYD EDİLDİ - FOTO/VİDEO

Novruz çərşənbələrindən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar. 

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. 

Sakinlər bildiriblər ki, bu gün Xocalıda və  Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Seçilən
117
10
bizim.media

10Mənbələr