AZ

Tibb Universitetində rüşvət alan 6 müəllim İŞDƏN QOVULDU - RƏSMİ - VİDEO

"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb".

Demokratikmusavat.comxəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.

Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.

Rektor, həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyaclarını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır.

Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.

Rektor onu da xüsusi olaraq qeyd edib ki, universitet tələbələrinin adına saxta səhifələr yaradılması və həmin səhifələrdə qeyri-etik paylaşımlar edilərək tələbələrin şantaj olunması məsələsi araşdırılır. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə tələbənin şikayətini dinləyiblər, lazımi tədbirlər görülür.

Ətraflı süjetdə:

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
56
41
Demokratikmusavat.com

10Mənbələr