AZ

BOKT-nin İdarə Heyətinə təyinat olub

Son illərdə zərərdə olan BOKT “Caspian Invest” MMC-nin İdarə Heyətinə daha bir təyinat olub.

Banker.az xəbər verir ki, Ümumi Yığıncağın qərarına əsasən, Lalə Verdiyeva Əsəd qızı İdarə Heyətinin üzvü seçilib.

İdarə Heyətinin sədri İbrahim Salmanov Elşən oğludur (səhmdar), digər üzvü isə Əziz Əzizzadə Emil oğludur.

Xatırladaq ki, “Caspian Invest” MMC (2010-cu ilədək BOKT “Dayaq-Kredit”) 2004-cü ildə təsis edilib və 4,325 mln. manat nizamnamə kapitalı var. Kapitaldakı payçılar Azərbaycan Respublikası vətəndaşları olan Nurlan Şərifov Hikmət oğlu (50%) və İbrahim Salmanov Elşən oğlu (50%) adlı fiziki şəxslərdir.

BOKT-nin 2023-cü ildə gəlirləri xərclərini qarşılaya bilmədiyindən 358 min manat zərər etmişdi.

Seçilən
43
banker.az

1Mənbələr