AZ

“Arsenal” 7 qolla rəqibini darmadağın etdi - VİDEO

İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb.

Ölkə.az istinadən xəbər verir ki, London təmsilçisi 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub edib.

Onlar turnir tarixində pley-off matçında səfərdə 7 qol vuran ilk komanda olub.

Cavab görüşü martın 12-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final, ilk matçlar

4 mart

"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 1:3

5 mart

"Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) 1:1

PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:7

Real (İspaniya) - Atletiko (İspaniya) 2:1

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları martın 6-na keçən gecə baş tutacaq.

Seçilən
42
olke.az

1Mənbələr