AZ

“ABŞERON” Ticarət Mərkəzinin ərazisində Avtovağzal Kompleksi təşkil edilib

Finss.az - Bölgələrə sərnişindaşımanı təmin edən yeni nəqliyyat məkanı istifadəyə veriləcək.

Martın 4-dən “Azerbaijan Ground Service” MMC tərəfindən “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil ediləcək. Məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə veriləcək məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.

Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey!

Ünvan: Lökbatan dairəsinin yanı

Tel.:*6767

 

Zemfira Ms
Finss.az

Seçilən
132
49
fins.az

10Mənbələr