1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.
Bildirilib ki, federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.
Qeyd edək ki, qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdir.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi Şahmat Federasiyası və qardaşı Məhərrəm Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da fəaliyyətini dayandırıb.