AZ

Neft Emalı Zavodunda yanğın söndürülüb

12:20 - Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

XXX

11:40 - Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.

FHN-in mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.

XXX

Bakıda Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb edilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10:00 radələrində sözügedən yanğınla bağlı çağırış daxil olub, 3 təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

XXX

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Marja xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

XXX

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. 

Məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.

Seçilən
32
26
marja.az

10Mənbələr