Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinin 2023-cü ildə dövlət çevrilişinə cəhd zamanı nüvə silahı əldə etməyə cəhd etdiyini iddia edib.
Onun sözlərinə görə, bu vəziyyət Qərbdə narahatlıq yaradıb. “Jenya Priqojin nüvə düyməsinə tərəf tələsirdi. Qərblilər isə etiraf edirlər ki, bu müddət ərzində o, mövcud hökuməti devirə və nüvə silahlarını ələ keçirə bilər”, – deyə Lukaşenko amerikalı blogger Mario Naufala müsahibəsində bildirib.
Belarus prezidenti deyib ki, o, cPriqojinlə “yaxşı münasibətləri” olub. “Mən heç ağlıma da gətirmirdim ki, Jenya Priqojin belə dəliliyə gedə bilər… O, anlamalı idi ki, təkcə Rusiyada deyil, amerikalılar və ingilislər də onu məhv edəcəklər, onun nüvə silahına keçməsinə imkan verməyəcəklər”, – Aleksandr Lukaşenko bildirib. O, əlavə edib ki, onun PMC-nin təsisçisi ilə danışıqları “Qərb tərəfindən, o cümlədən CIA və MI6 tərəfindən yüksək qiymətləndirilib” və ona “şəxsi təşəkkürlər” verilib.
//Samir Qurbanov, Editor.az