Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə olunub.
Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər müqəddəs Ramazan ayının başlaması münasibətilə təbriklərini, ən səmimi arzu və diləklərini çatdırıblar.