AZ

Azərbaycanın futzal hakimləri Türkiyə millisinin oyununa təyinat alıblar

Bakı, 5 mart, AZƏRTAC

Futzal üzrə Azərbaycanın FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, onlar Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq. Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Seçilən
62
3
azertag.az

10Mənbələr