AZ

Türkiyə və İran: Köhnə rəqabətdə Azərbaycan faktoru - Hakan Fidan: “Özgəsinin pəncərəsinə daşa atanın pəncərəsi sınacaq” (TƏHLİL)

Türkiyə ilə İran arasında yaranmış gərginlik səngimək bilmir. İki qonşu dövlət arasında münasibətlər nədən həndəvərindən çıxıb?

Suriyadakı sünni çoxluq tərəfindən qovulan İran ölkənin yeni rəhbərliyinə təzyiq mexanizmi əldə etməyə çalışır. Bu məqsədlə də PKK-nın Suriyadakı uzantısı olan Suriya Demokratik Qüvvələrinə dəstək verir. Bu qüvvələr üzərindən Suriyanın daxili işlərinə müdaxilə etməyə çalışır. Suriya Demokratik Qüvvələri həm Türkiyə, həm də rəsmi Şamın yeni iqtidarı tərəfindən terrorçu qrup kimi tanınır. 

Türkiyənin terror qruplaşması hesab etdiyi Suriya Demokratik Qüvvələrinə İranın dəstək vermə ehtimalı varmı, sualına H.Fidan belə cavab verib: “Əgər siz oradakı qrupa dəstək verməklə başqa ölkədə iğtişaşlar yaratmağa cəhd etsəniz, başqa bir ölkə də sizin ölkənizdəki qrupa dəstək verə bilər. O qrup da  sizin ölkədə iğtişaşlar yaradar.

...İndiki dünyada heç nə gizli qala bilməz. Sənin sahib olduğun imkanlar başqalarında da var. Ona görə də öz pəncərənə daş atılmasını istəmirsənsə, başqalarının pəncərəsinə daş atmamalısan".

İran hökuməti rəsmi şəkildə Hakan Fidanın bu yanaşmasını “qeyri-konstruktiv” adlandırıb. Türkiyənin tehrandakı səfiri Hicabi Kirlangic Xarici İşlər nazirliyinə çağırılıb. Buna cavab olaraq Türkiyə də oxşar addım atıb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei X-də yazıb: "Türkiyə hökumətinə qarşı baş vermiş hərbi çevrilişlə etiraz edən ilk ölkə biz olduq...Biz PKK-nın tərksilah olmasını alqışlayan və qonşu ölkəmiz Türkiyədə təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm addım hesab edən ilk ölkələrdən olduq”...

Buna baxmayaraq İran rəsmisi xanım Fatemeh Mohajerani deyib: "Bizim Suriya ilə bağlı Türkiyə ilə müəyyən işimiz var və ümid edirik ki, bu məsələlər ağıllı şəkildə həll olunacaq".

Elbəyi Həsənli. Sürix 

Mia.az

Seçilən
71
7
mia.az

3Mənbələr