AZ

Ukrayna daha bir ərazini itirdi

Rusiya qoşunları qondarma "Donetsk Xalq Respublikası"nın Privolnoye kəndini zəbt ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Fəal və qətiyyətli hərəkətlər nəticəsində "Vostok" qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Privolnoye kəndini azad edib. Düşmənin itkiləri 175 hərbçi, bir tank, bir döyüş zirehli texnikası, dörd texnikası və dörd səhra artilleriya silahı, o cümlədən ABŞ istehsalı olan "Paladin", Polşa "Krab"ı olub".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 

Tural

Seçilən
30
news365.az

1Mənbələr