Fransanın “Monako” klubu yaponiyalı futbolçusu Takumi Minamino ilə müqavilənin müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə “Monako”nun heyətində 33 oyun keçirib, 6 qola və 5 məhsuldar ötürməyə imza atıb. T.Minamino “Monako”ya 2022-ci ilin yayında “Liverpul”dan keçib.