"Səlahiyyət müddətim ərzində Yer planetində indiyə qədər mövcud olmuş ən dominant sivilizasiyanı yaradacağam".
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar öz bayrağını Marsda sancacaq və kosmosun tədqiqində daha da aktiv olacaq.
"Biz elmin yeni sərhədlərini fəth edəcəyik və bəşəriyyəti kosmosa aparacaq. Amerika bayrağını Mars planetində və ondan kənarda sancacağıq. Biz dünyada ən yüksək həyat standartını, ən təhlükəsiz, firavan və sağlam cəmiyyəti yaradacağıq", - deyə ABŞ Prezidenti vurğulayıb.
Gülşən Şərif