"Ader Global Lojistik Nakliyat Ticaret Limited" şirkətinin Azərbaycan filialı ləğv edilir/
Vayuta.az xəbər verir ki, kreditorlar 60 gün ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 139A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, 25 fevral tarixində keçirilən ümumi yığıncaqda şirkətin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən, kreditorların pul vəsaitləri ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən növbəlilik qaydasında ödəniləcək.
Şirkət 2024-cü ilin dekabr ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Zeynalov Elnur Eynulla oğludur.