AZ

PSV tarixi antirekordunu təkrarladı

UEFA Çempionlar Liqasının 1/8 finalının evdə “Arsenal”la ilk oyununda 1:7 hesablı məğlubiyyət PSV üçün antirekordlarla əlamətdar olub.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Belə ki, Eyndhoven təmsilçisi bu böyükhesablı məğlubiyyətlə klubun avrokuboklar tarixində mütləq antirekordunu müəyyənləşdirib. Niderland nəhəngi avrokuboklar tarixində evdə ən böyükhesablı məğlubiyyətini alıb. Üstəlik bu darmadağın komandanın XXI əsrdə bütün yarışlar çərçivəsindəki ən böyükhesablı məğlubiyyətidir.

Eləcə də müvafiq hesablı məğlubiyyət PSV-nin tarixində ən böyükhesablı üçüncü məğlubiyyət olub. Buna qədər Eyndhoven təmsilçisi səfərdə 6 top fərqi ilə Niderland çempionatında 1958-ci ildə “QVAV Qronungen”ə (1:7), həmçinin UEFA Kubokunda 1979-cu ildə “Sent-Etyen”ə (0:6) məğlub olmuşdu.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSV martın 12-də Londonda “Arsenal”ın “qonağı” olacaq.

Seçilən
58
arena.az

1Mənbələr