AZ

Millət vəkili  Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib -FOTO

Martın 5-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında  seçiciləri ilə növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, deputat görüşdə seçicilərin müraciətlərini dinləyib, onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən  nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.  

Qəbulda Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon  Xocəsən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.

Seçilən
32
8
ikisahil.az

10Mənbələr