AZ

Elçin Məsiyev Avropa çempionatına təyinat aldı

FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, I kateqoriyaya malik Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

saytlarin hazirlanmasi

Seçilən
106
29
sportal.az

10Mənbələr