AZ

Ukraynaya dair bəyanatım təhrif edilib - ABŞ vitse-prezidenti

BAKI, TurkicWorld

ABŞ-ın vitse-prezidenti J.D. Vens Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyanatının təhrif edildiyini və bunun İngiltərə və Fransaya qarşı hörmətsizlik kimi şərh olunmasının yanlış olduğunu bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o müsahibəsində Ukraynaya sülhməramlıların göndərilməsi məsələsinə toxunaraq, hərbi təcrübəsi olmayan ölkələrin bu prosesə lazımi töhfə verə bilməyəcəyini qeyd edib.

“Mən hətta İngiltərə və ya Fransadan danışmıram. Hər iki ölkə son 20 ildə ABŞ-la yanaşı cəsarətlə döyüşüb”, – deyə Vens açıqlama verib.

O, Ukraynaya əsgər göndərməkdən daha effektiv təhlükəsizlik zəmanətinin iqtisadi faydalarla təmin edilə biləcəyini vurğulayıb.

“Bu, 30 və ya 40 ildə müharibə görməmiş adi bir ölkədə 20.000 əsgər yerləşdirməkdən daha yaxşı təhlükəsizlik zəmanətidir”, – deyə Vens qeyd edib.

Qeyd edək ki, Fevralın 18-də Fransada keçirilən fövqəladə sammitdə Avropa liderləri Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsini müzakirə ediblər. İngiltərə bu prosesə hazır olduğunu bildirərkən, Almaniya, İspaniya və Polşa bu məsələnin “vaxtından əvvəl” olduğunu bəyan ediblər.

Bu müzakirələr fonunda Vensin bəyanatları Böyük Britaniya və Fransanın reaksiyası ilə qarşılanıb, lakin vitse-prezident sözlərinin yanlış anlaşıldığını bildirib.

Seçilən
56
turkic.world

1Mənbələr