Azərbaycan təlimçiləri Mariya Şerstyuk və Nurlan Abdulov Avrasiya Dağ Kurortları Alyansının xizək yarışında müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.
"Report"un Şahdağa ezam olunan əməkdaşı xəbər verir ki, “Şahdağ”da Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində Alyansa üzv ölkələrin təlimçiləri arasında xizək yarışı təşkil olunub.
Yarışın məqsədi alyansa daxil olan ölkələr arasında idman sahəsində əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsi aparmaq, xizək və snouborda marağı artırmaq olub.
Turnirdə Şahdağ, Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza-Xutor dağ kurortlarının 50-yə yaxın xizəkçisi slalom yarışında mübarizə aparıb.
35 yaşa qədər qadınlar:
1. Kristina Lisiçenko (Rusiya)
2. Mariya Şerstyuk (Azərbaycan)
3. Kseniya Radionova (Qazaxıstan)
35 yaşa qədər kişilər:
1. Roman İlyin (Rusiya)
2. İlya Prokopyev (Rusiya)
3. Aleksandr Smirnov (Rusiya)
35 yaşdan yuxarı qadınlar:
1. Natalya Lapşina (Qazaxıstan)
2. Tatyana Şamsuddinova (Qazaxıstan)
3. Svetlana İlyukina (Qazaxıstan)
35 yaşdan yuxarı kişilər:
1. Artyom Astepenko (Rusiya)
2. Aleksandr Pentyukov (Rusiya)
3. Nurlan Abdulov (Azərbaycan)
Yarışın sonunda qaliblərə kubok və medallar, həmçinin müxtəlif həvəsləndirici hədiyyələr verilib.