Ən çətin günlərində Azərbaycan necə Türkiyənin yanında oldusa, Türkiyə də Azərbaycanın çətin günündə onun yanında olacaq.BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib. O, Türkiyə ilə Azərbaycanın ortaq layihələrinin davamlı olacağını bildirib. Türkiyə Prezidenti həmçinin qeyd edib ki, iki ölkə hər zaman sülhün tərəfdarı olub: “Türkiyə ilə Azərbaycan sülh və rifahın tərəfindədir. Bölgədə sadəcə, sülh istəyirik və bu istiqamətdə daim addım atmışıq. Bundan sonra da sülhə yönəlik layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq".