AZ

Tanınmış teleaparıcı "Azəriqaz"dan ŞİKAYƏTÇİ OLDU: Qazın sərfiyyatı ona 22 qəpikdən hesablanacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tanınmış teleaparıcı Zamirə Dadaşova sosial mediada "Azəriqaz" İstehsalat Birliyindən şikayətçi olub.
Oxu.Az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında 2024-cü il noyabrın 24-də qaz borcunu ödədiyini qeyd edərək, ardıcıl baş verən problemləri açıqlayıb.
Z.Dadaşova bildirib ki, 2025-ci il yanvarın 1-də limitlə bağlı sayğacının sıfırlanması gözlənilirdi, lakin Xəzər Rayon Qaz İdarəsi fevralın 1-də sayğaca baxış keçirib və ona qəbz təqdim etməyib. Sonradan məlum olub ki, fevralın 1-nə qədər limitini aşmış hesab olunduğu üçün sərfiyyat 720 kub olmasına baxmayaraq, qiymət ona 22 qəpikdən hesablanacaq və o, 360 manat ödəməli olacaq".
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.
Əzizə İsmayılova
Seçilən
61
2
oxu.az

3Mənbələr