AZ

“Mançester Yunayted” isveçli hücumçuya 70 milyon avro ödəməyə hazırdır

“Sportinq”in hücumçusu Viktor Gyökereş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Msport.az xəbər verir ki, “Mançester Yunayted” isveçli hücumçu ilə maraqlanır.

Forvard bu mövsüm cari mövsümdə 39 oyunda 37 qol vurub və 9 məhsuldar ötürmə verib. Futbolçunun müqaviləsində 100 milyon avroya sərbəst qalmaq maddəsi olsa da, Lissabon klubu onu daha aşağı qiymətə buraxa bilər.

“Sportinq”in 65-70 milyon avroya Gyökereşi sata biləcəyi deyilir.

Forvarda PSJ də maraq göstərir. Onun “Sportinq”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

Seçilən
81
msport.az

1Mənbələr