AZ

Türkiyə klubu baş məşqçini istefaya göndərdi

"Sivasspor" baş məşqçisi ilə yollarını ayırıb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sivas təmsilçisi Ömər Ərdoğanla işbirliyinə son qoyub.  

Superliqa təmsilçisi ötən il dekabrın 19-da Ərdoğanı baş məşqçi postuna dəvət etmişdi.

Onun rəhbərliyi altında "Sivasspor" 12 görüşdə 1 qələbə qazanıb, 3 dəfə bərabərə qalıb, 8 dəfə məğlub olmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr