ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Ukraynaya kəşfiyyat və hərbi dəstəyi müvəqqəti dayandırdıqlarını açıqlayıb. Metbuat.az xəbər verir ki, ABŞ-nin “Fox Business” kanalına danışan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu qərarın Trampla Zelenski arasındakı mübahisədən sonra verildiyini bildirib. O, “Prezident Trampın Zelenskinin sülh prosesinə sadiq olub-olmaması ilə bağlı sualları olub və “gəlin dayanaq” deyib” - deyə bildirib. Con Ratkliff Zelenskinin Trampa yazdığı məktubda ABŞ ilə sülh danışıqları masasına oturmağa və nadir torpaqlar sazişini imzalamağa hazır olduğu barədə fikirlərinə də reaksiya verib. O bildirib ki, Kiyevin bu qərarından sonra Ukraynaya hərbi dəstək bərpa edilə bilər.