AZ

"Toyota" üçün avtomobil hissələri istehsal edilən zavodda güclü partlayış

10:51 06.03.2025
10:51 06.03.2025

Yaponiyanın Toyota şəhərində yerləşən və "Toyota Motor" üçün avtomobil hissələri istehsal edən "Chuo Spring" zavodunda güclü partlayış baş verib.

Mynews.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verib.

İnsident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa müəssisənin daxilindəki toz filtrindəki nasazlıq səbəb olub.

Hadisənin digər təfərrüatı hələlik məlum deyil.


Seçilən
26
2
mynews.az

5Mənbələr