AZ

Dövlət qurumu 14 min inək, 53 min qoyun, 14 min arı ailəsini - BU ŞİRKƏTDƏN ALDI - 62 MİLYON MANAT

 Dövlət Məşğulluq Agentliyi “İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Nazirlik dərsliklərin istehsalına 13 milyon manat sərf edəcək - TENDER ELANLARI

FED.az xəbər verir ki, tenderin qalibi “Agro Best” QSC (VÖEN: 1405235391) olub.

Tender üzrə ehtimal olunan qiymət 69 552 210 AZN təşkil etməsinə baxmayaraq qalib şirkətə 62 146 514 AZN ödəniş ediləcək.

Qalib şirkət tender üzrə ehtimal olunan dəyərdən nə az, nə çox 7,4 milyon manat az məbləğ uda bilib.

Xatırladaq ki, “Agro Best” QSC 2024-cü il ərzində Dövlət Məşğulluq Agentliyinin daha 2 tenderinin qalibi seçilib. Belə ki, şirkət eyni satınalma predmeti üzrə 24.10.2024-cü il tarixində yekunlaşan tenderdən 175 539 AZN, 14.05.2024-cü il tarixində yekunlaşan tenderdən isə 66 854 876 AZN qazanıb.

Qeyd edək ki, “Agro Best” QSC  2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48 ünvanında yerləşir.

Tender çərçivəsində aşağıdakı cədvəldə qeyd olunmuş idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər mallar satın alınacaq:

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1

İnək, 3 yaşa qədər

Heyvanların diri çəkisi minimum 265 kq və ondan yuxarı olmalıdır.

14.400

ədəd

2

Qarışıq yem – 800 kq

Tərkibi: Quru maddə-(ən azı-88%-Vitamin A-ən azı – 15000 iu/kg) Protein (ən az-18%-Vitamin D-ən az-3000 iu/kg) Xam selüloz (ən çox – 14%-Vitamin E ən az-30 mg/kg) Xam kül (ən çox-9% Niacine ən az 100 mg/kg) Kalsium (ən az/ən çox 1,0-2,0 % Manganez ən az 50 mg/kg Sodyum (ən az/ən çox 0,03-0,6 % Dəmir ən az 50 mg/kg) Fosfor (ən az-0,5% Çinko ən az 50 mg/kg) Metabolik enerji (ən az 2450 K cal/Kg Bakır ən az 10mg/kg) 25 və ya 50 kq-lıq zərbələrə davamlı, rütubət keçirməyən, yemin tərkibini və keyfiyyət göstəricilərini dəyişməyən materiallardan olmalıdır.Həmçinin, paketlənmiş yemin üzərində istehsal tarixi, yemin tərkibi, saxlama müddəti və s. göstəricilər qeyd olunmalıdır.

5.840

ton

3

Qoyun, 2≤4 yaş

Qoyunun çəkisi minimum 45 kq olmalıdır.

40.000

ədəd

4

Qoç, 2≤4 yaş

Qoçun çəkisi isə minimum 55 kq olmalıdır.

2.000

ədəd

5

Keçi, 2≤4 yaş

Keçinin çəkisi minimum 35 kq olmalıdır.

10.000

ədəd

6

Təkə, 2≤4 yaş

Təkənin çəkisi isə minimum 35 kq olmalıdır.

1.000

ədəd

7

Arı ailəsi

Arı ailəsi minimum 15000 sayda işçi arıdan ibarət olmalıdır. Ana arı ən azı 1 yaşında olmalıdır.

14.000

ədəd

8

Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material)

Qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material

700

dəst

9

Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt)

Alminium və paslanmayan metal qarışığı, 4 pərli, 40 lt-lik

700

ədəd

Seçilən
13
1
fed.az

2Mənbələr