AZ

Bizə yeni qanunlar yox, yeni prezident lazım idi - Vance

BAKI, TurkicWorld

ABŞ Vitse-Prezidenti JD Vance ölkənin immiqrasiya siyasətini tənqid edərək bildirib ki, sərhəd böhranını həll etmək üçün yeni qanunlara deyil, yeni prezidentə ehtiyac var.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Vance Cənub sərhədində müdafiə naziri Pete Hegseth və Milli Kəşfiyyat direktoru Tulsi Gabbard ilə keçirdiyi mətbuat konfransında Bayden administrasiyasının narkotik kartellərini gücləndirdiyini və qanunsuz immiqrasiyanı artırdığını bildirib.

“Baydenin sərhədləri açması kartelləri gücləndirdi və ABŞ-a axını artırdı. Amma məlum oldu ki, yeni qanunlara ehtiyacımız yox idi. Bizə sadəcə yeni prezident lazım idi”, – deyə Vance vurğulayıb.

Vance, Donald Trampın qeyri-qanuni immiqrasiyaya qarşı siyasətinə işarə edərək əlavə edib ki, sərhəd böhranı milli təhlükəsizlik məsələsinə çevrilib. O, narkotik kartelləri və terror qruplaşmaları ilə mübarizə üçün hərbi və kəşfiyyat dəstəyinə ehtiyac olduğunu bildirib.

“Hər kəsi həbs etmək istəmirik, amma ABŞ-ın immiqrasiya qanunlarını tətbiq edəcəyik. Əgər qeyri-qanuni buradasınızsa, ölkənizə qayıtmalısınız”, – Vance qeyd edib.

Müdafiə naziri Pete Hegseth də sərhəd təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayaraq, Tramp administrasiyasının tədbirlərindən sonra keçidlərin 98% azaldığını bildirib.

Milli Kəşfiyyatın direktoru Tulsi Gabbard isə Bayden administrasiyası dövründə 21 milyon insanın ABŞ sərhədlərini qanunsuz keçdiyini iddia edib. O, Trampın narkotik kartellərini Xarici Terror Təşkilatları siyahısına salma qərarının mühüm addım olduğunu vurğulayıb

Seçilən
40
turkic.world

1Mənbələr