AZ

Mühafizəçiyə də hökm oxundu

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində mühafizəçiyə hökm oxunub, ona 2 il şərti cəza təyin edilib.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident 2024-cü ilin iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək, xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.


Telegram kanalımız
Seçilən
71
13
yenisabah.az

10Mənbələr