“Azimut” şirkətinin Moskva-İrəvan reysi Vnukovo hava limanından havaya qalxdıqdan az sonra geri qayıdıb.
Publika.az xəbər verir ki, “Flightradar24”ün məlumatına görə, havaya qalxdıqdan sonra təyyarə Tulanın şimalında bir neçə dövrə vurub, sonra geri dönərək Moskvaya uçub.
Geri qayıtma səbəbləri ilə bağlı rəsmi şərh almaq hələ ki mümkün olmayıb.