"Dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərini videobağlantı formatında açmaları sadəcə uzun illər boyu təcavüzkar Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın qaz təchizatı probleminin həll edilməsi demək deyildir. Bu, cənab Prezidentimizin mərasimdəki nitqində dediyi kimi, Azərbaycan-Türkiyə qardaşlığında önəmli bir gündür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib: " Bir il yarım əvvəl başladılan layihənin həyata vəsiqə alması ölkələrimizin əzmini göstərir. Nitqdə Naxçıvanın Azərbaycanın digər ərazilərindən ayrı düşməsinin tarixinə nəzərə yetirilməsi məncə, təkcə tarixi yaddaş məsələsi deyil, bu problemin həllinin siyasi, diplomatik, informasiya bazasının hazırlanmasıdır. Naxçıvanın enerji təhlükəsizliyində mühüm amil olan kəmər qardaşlığımızın nümunələrindən biri olmaqla türk dövlətlərinin də mövqelərini gücləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan və Türkiyənin həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri ölkələrimizi birləşdirməklə yanaşı Avrasiyanın enerji xəritəsini dəyişdi. Avropanın bir neçə ölkəsi bu gün Azərbaycandan aldığı qazın hesabına enerji təhlükəsizliyini təmin edir. Ölkələrimizi gücləndirən həmin layihələr türk dünyasının birləşdirilməsində mühüm rol oynayırlar. İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha göstərdi ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə istənilən problemi həll etməyə qadirdirlər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31