İran Elm və Texnologiya Universiteti sümük toxumasının bərpası prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilən qvertsetin tərkibli innovativ bioaktiv inyeksiya pastası yaradıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“Sümük regenerativ tibbdə ən çox öyrənilən toxumalardan biridir. Təbii yolla sağalma qabiliyyətinə malik olsa da, ağır zədələr yüksək səviyyədə təşkil olunmuş sümük əmələ gəlməsi prosesini poza bilər. İnyeksion pastalar, formalaşma və bitişik toxumalara miqrasiya kimi çətinliklər kimi ənənəvi sümük transplantasiyası materialları ilə bağlı bir çox problemləri aradan qaldırır”, - tədqiqatın aparıcı müəllifi Mehri Sohrabi izah edib.
Alim əlavə edib ki, sümük sıxlığını artıra bilən qvertsetin adlı bioaktiv maddə aktiv maddə kimi pastanın tərkibinə daxildir. Hazırlanmış formula biouyğunluğu artırmağa xidmət edir və sağalma prosesini sürətləndirir.
Qvertsetin flavonoid qrupunun (vitamin P) təbii biokimyəvi maddəsidir. Sərbəst radikallarla mübarizə aparan və toxumaların vaxtından əvvəl aşınmasının qarşısını alan təbii antioksidant kimi təsvir edilə bilər. Həmçinin qvertsetin iltihabı azalda və immunitet funksiyasını dəstəkləyə bilər.
Yeni inyeksiya pastası ənənəvi sümük əkilməsi materiallarının çatışmazlıqlarını aradan qaldıraraq, əməliyyatdan sonrakı ağırlaşmaların riskini azaldır. Bundan əlavə, material minimal cərrahi müdaxilə tələb edir.
Yeniavaz.com