AZ

İcbari tibbi sığortanın "Onlayn çat" xidməti fasiləsiz işləyir

Bakı, 6 mart, AZƏRTAC

“İcbari tibbi sığortanın yeni istifadəyə verilən "Onlayn çat" xidməti vasitəsilə artıq 7 min 500-dən çox müraciət cavablandırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova mərkəzdə keçirilən “Açıq qapı” günündə deyib.

Onun sözlərinə görə, “Onlayn çat” xidməti vətəndaşların xidmətə əlçatanlığını daha da artırmaq məqsədilə istifadəyə verilib: “Daxil olan vətəndaş müraciətləri və sorğular fasiləsiz cavablandırılır. Cavablandırmada bot və ya süni intellekt tətbiq edilmir, agentliyin Çağrı mərkəzinin operatorları tərəfindən bütün müraciətlərə operativ cavab verilir. “Onlayn çat” xidmətində 10 təmsilçi fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir. Ötən ilin dekabrından bu günə qədər “Onlayn çat” xidməti vasitəsilə 7 min 500-dən çox vətəndaş müraciəti cavablandırılıb”.

 

Seçilən
24
2
azertag.az

3Mənbələr