AZ

Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru

Bakı, 6 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri onlayn keçirilən “GOLDEN TIME TALENT” beynəlxalq müsabiqəsində uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən 11-14 yaş kateqoriyası üzrə duet nominasiyasında məktəbin fortepiano ixtisası üzrə təhsil alan şagirdləri Nüşabə Əlizadə və Fərhad Nağızadə (müəllim: Ləman Əhədova) 1-ci yerə layiq görülüblər.

Qeyd edək ki, müsabiqədə dünyanın 22 ölkəsindən uşaqlar iştirak ediblər. Münsiflər heyəti Türkiyə, İngiltərə, Ukrayna və ABŞ-ın görkəmli musiqiçilərdən ibarət olub.

 

Seçilən
29
azertag.az

1Mənbələr