AZ

Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam siyasi dialoq ənənələri daha da dərinləşdirilir (FOTO)

Bakı. Trend:

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin,tanınmış politoloq və siyasi şərhçilərin, habelə internetteleviziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digərjurnalistlərin növbəti birgə səfəri bu dəfə martın 6-da Xankəndi,Əsgəran və Xocalıya təşkil olunub.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü iləölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, habeləmilli maraqlar və dövlətçilik naminə siyasi proseslərdə etibarlıəməkdaşlıq münasibətlərinin bərqərar edilməsi məqsədilə mütəmadisurətdə müxtəlif səpkili layihələr icra olunur. Azərbaycanictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəkidavamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütüntəşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyətüçün tam olaraq açıqdır.

Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlıtəşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqlayanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimimühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, dövlətimizin başçısıöz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərinbərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti vəkonstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlutəzahürləri davamlı olaraq qeyd edir.

Konstruktiv əməkdaşlığın qurulması çərçivəsində siyasi partiyarəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərintəşkili təcrübəsi xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, sağlamvə işgüzar münasibətlərin bərqərar olunmasına xidmət edən siyasidialoq ilə bağlı toplanmış təcrübənin zənginləşdirilməsi üçün ölkəsiyasilərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa (2 dəfə) vəZəngilana təşkil olunub.

Xüsusi olaraq vurğulanmalıdır ki, birgə səfərlərin birində ölkəsiyasiləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş“Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz vəregion üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransdaiştirak ediblər. Beləliklə, təşviq olunan dialoq mühiti sayəsindəmüxalif siyasi partiyalar, eyni zamanda, təşkil olunan beynəlxalqtədbirlərdə də tərəf-müqabili kimi iştirak edirlər.

Növbəti - sayca 5-ci birgə səfərin ünvanı Xankəndi, Xocalı vəƏsgərandır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasınıntəşkilatçılığı ilə baş tutan 6 mart səfərində 24 siyasi partiyanınnümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habeləinternet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları vədigər jurnalistlər iştirak ediblər.

Səfərin iştirakçıları əvvəlcə Əsgəran qala-kompleksi ilə tanışoldular və kompleks haqqında geniş məlumat əldə etdilər.

İştirakçılar səfər çərçivəsində müxtəlif məkanlar ilə yanaşı,Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılanişlərlə yaxından tanış oldular. Səfər iştirakçıları, həmçininXocalının Ballıca kəndində tikilən fərdi evlərin və infrastrukturunbərpası sahəsində görülmüş işlərlə tanış olmaq imkanı əldəetdilər.

Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində oldular.Xankəndi şəhərində 2023-cü il noyabrın 8-də Vətən müharibəsindəəldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradkeçirildiyi Zəfər meydanını ziyarət edən səfər iştirakçıları buradamətbuat nümayəndələrinə verdikləri müsahibələrdə öz təəssüratlarıilə bölüşdülər.

Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar vəqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri ƏdalətVəliyev Xankəndi şəhərində iştirakçıların qarşısında çıxış edərəkötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədədavamlı surətdə təşviq olunan həmrəylik mühitinin stratejiəhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumatverdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlıQələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunuxüsusi vurğulayan Administrasiya rəsmisi qeyd etdi ki, Xankəndişəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarınınbir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdarhadisə kimi dəyərləndirilməlidir. Ədalət Vəliyev çıxışında bildirdiki, müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələribirləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir.

Səfər çərçivəsində siyasilər Xankəndi, Xocalı və Əsgəranıniqtisadi, habelə turizm potensialı ilə də tanış oldular. Təbiilandşaft, nadir təbiət, gözəl meşələr, dağlar, bulaqlar, çaylar,habelə icra olunan infrastruktur layihələri - bütün bunlar regionuninkişafı üçün zəmin yaradır. Səfərin iştirakçılarına bildirildi ki,Xankəndi, Xocalı və Əsgəranın turizm potensialı digər rayonlardayaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaqdır. Buradahotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişafetdiriləcəkdir. Nəzərə alınmalıdır ki, yaradılacaq yeniinfrastruktur Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlirmənbəyi olacaq.

Təşkil olunmuş səfər timsalında sevindirici haldır ki, siyasiproseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin vəsağlam münasibətlərin qorunması məqsədilə atılan bütün addımlarsiyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir.Təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminəşəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habeləetibarlı münasibətləri tərənnüm edir.

Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Siyasi
Məqalədə:
Seçilən
45
11
az.trend.az

10Mənbələr