Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Lerik” “Hypers Quba” ilə ev oyununda 3 cavabsız qola üzülüb. “Araz Saatlı” “Ağdaş”ı 2 cavabsız qolla məğlub yola salıb. “Şimal”ın qonağı olan “Şahdağ Qusar”a isə qələbə üçün bir qol bəs edib.
15-ci turun qalan görüşləri martın 7-də keçiriləcək.
İkinci Liqa
15-ci tur
5 mart
“Kür-Araz” – “Şəfa” 0:4
Qollar: Amil Yunanov, 6; 54. Əsgər Hüseynov, 15. Elvin Nəsibov, 88.
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Asif Abullayev, Nazim Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.
“Dinamo” – “Qusar” 3:0
Qollar: Əlisa İsayev, 11; 44; 58.
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Vüqar Bayramov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.
6 mart
“Lerik” – “Hypers Quba” 0:3
Qollar: İbrahim İbrahimli, 15. Cavid İmamverdiyev, 81-pen; 90.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Araz Saatlı” – “Ağdaş” 2:0
Qollar: Ramin Süleymanov, 74. Elnur Səmədov, 88.
Hakimlər: Rəsul Babayev, Ruslan Babayev, Anar Bədəlov, Kamil Aydınov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Saatlı OİK stadionu, 15:00.
“Şimal” – “Şahdağ Qusar” 0:1
Qol: Rubin Seyidov, 17.
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Siyəzən şəhər stadionu, 15:00.
7 mart
“Şəmkir” – “Göygöl”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (4-cü ehtiyat meydança), 15:00.
“Füzuli” – “Şəki Siti”
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.