Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasına uğrayıblar...
Ağdamda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova həyatın itirib.
APA xəbər verir ki, qəza nəticəsidə nümayəndəliyin digər əməkdaşı Fərzəliyev Rafət isə müxtəlif bədən xəsarətləri alıb.
Yaralı Bərdə diaqnostika mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
“Report” xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib.
Qeyd olunub ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Poliqon.info