1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Fənərbağça" UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında "Reyncers"ə 1:3 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, "sarı-lacivərdlilər"nin baş məşqçisi Joze Mourinyo matçdan sonra mətbuat konfransı keçirilib.
Konfrans zamanı portuqaliyalı mütəxəssis jurnalistlərdən birinin ünvanladığı sualın həddən artıq uzun olmasına maraqlı reaksiya verib. Sual əsnasında mimika və jestlərlə jurnalistə narazı olduğunu göstərən Mou, yuxusu gəldiyinə vurğu etmək üçün xoruldamağa başlayıb.