AZ

AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil edib.
Dövlət qurumlarının qadın rəhbərlərinin, Milli Məclisin deputatlarının, həmkarlar ittifaqları sistemində çalışan qadın əməkdaşların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin müdafiəsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın dövlətçilik tarixində qadınların rolu, milli-mənəvi dəyərlərimizin qorunmasında, dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılıb, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışılıb.
Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə Əliyeva kimi qadınların xidmətlərini unutmur, şərəf tarixinin parlaq səhifələrində yaşadaraq nəsillərdən-nəsillərə ötürür.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanda qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət uğurla davam etdirilir. Bu gün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır. Tədbirdə Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, mədəni və nəcib missiyası vurğulanıb, fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.
İştirakçılara həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib, ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan "Layiqli Əmək Səfirləri" layihəsinin təqdimatı olub.
Sonra tədbir Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun rəngarəng musiqi kompozisiyaları ilə davam edib. Əməkdar artist Təyyar Bayramov, "Muğam" müsabiqəsinin qalibləri - Güllü Muradova, Ayşən Mehdiyeva, Aytən Məhərrəmovanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.
Seçilən
125
36
oxu.az

10Mənbələr