AZ

Azərbaycanın D-8-ə üzvlüyü ratifikasiya edilib

Bakı. Trend:

Milli Məclis “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadiƏməkdaşlıq Təşkilatının Nizamnaməsi” ratifikasiya edib.

Trend xəbərverir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasındamüzakirə edilib.

“İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi ƏməkdaşlıqTəşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi səsəqoyularaq bir oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatısəkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənintəşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş,İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanınəməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransındaatılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət vəhökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri“2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub.

Azərbaycan keçən ilin 19 dekabr tarixində Misirin paytaxtıQahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadiƏməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqludoqquzuncu üzv kimi qəbul edilib. Bu üzvlük Azərbaycanın beynəlxalqaləmdə artan nüfuzunu və təşkilatla sıx əməkdaşlıq imkanlarını əksetdirir. Azərbaycanın D-8-in fəaliyyətində iştirak etməsi,ölkəmizin geostrateji mövqeyini və iqtisadi potensialını nəzərəalaraq təşkilatın inkişafına mühüm töhfələr verə bilər. Azərbaycan,Şərq ilə Qərb arasında körpü rolu oynayan və İslam dünyasının əsasiqtisadi və mədəni mərkəzlərindən biri kimi D-8 çərçivəsindəəməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinininkişafına yeni imkanlar açır. Azərbaycan xüsusilə Türkiyə,Pakistan, İran və Malayziya ilə geniş ticarət əlaqələrinə malikdir.Neft və qaz ixracı, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıqimkanları mövcuddur. Bununla yanaşı, Orta Dəhliz marşrutu üzərindəyerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və BakıBeynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühümtranzit mərkəzinə çevrilir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi vəTürkiyə-Pakistan-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində D-8ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün geniş imkanlarmövcuddur. Azərbaycan D-8 çərçivəsində iqtisadi inteqrasiyalayihələrində iştirak etməklə yanaşı, təşkilatın əsas prinsiplərinətöhfə verməyə davam edəcək. Azərbaycanın təşkilata üzvlüyübeynəlxalq ticarət və iqtisadi mövqeyini daha da möhkəmləndirərəkregional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir.

D-8-in rəsmi dili ingilis dilidir və təşkilatın əsas prinsipləriiqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem vəbeynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.

Seçilən
65
6
az.trend.az

7Mənbələr